Azər Türk Bankın Strateji Planlaşdırma və Marketinq Departamentinə yeni direktor təyin edilib
Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Rasim Hacıyev bankın Strateji Planlaşdırma və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
R.Hacıyev bundan əvvəl marketinq sahəsi üzrə ölkənin aparıcı biznes qurumlarında çalışıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azər Türk Banka yeni təyinat
19:30
7 Mart 2018