Azər Türk Bank, 3000 manatadək edilən kredit müraciətlərində zamin tələb etmir.
Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, təqdim edilən kreditin üstünlüklərindən biri də odur ki, minimum əməkhaqqı 200 manat olan hər kəs müraciət edərək 15 min manatadək kreditdən yararlana bilər. Digər üstün cəhət isə odur ki, istehlak krediti əldə edən müştərilərdən həyat sığortası tələb olunmur. Borcalanın və zaminin ümumi iş stajının 6 ay, sonuncu iş yerində stajın isə minimum 3 ay olması kifayət edir.
Müştəri məmnuniyyətini ön planda tutan Azər Türk Bank kredit müraciətlərini asanlaşdırmaq məqsədi ilə yaradılan onlayn müraciət formasını rəsmi veb-səhifəsində də yerləşdirib. İstehlak krediti üçün müraciət etmək istəyən şəxslər onlayn müraciətlə yanaşı, bankın xidmət şəbəkəsinə də yaxınlaşa bilər.
Bankın xidmət şəbəkəsi, məhsulları və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Azər Türk Bank zaminsiz kredit verir
13:40
7 Fev 2018