Azər Türk Bankın 30 sentyabr 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dək artaraq 316,8 milyon manat , kredit portfelinin həcmi 40 faiz yüksələrək 163,4 milyon manat təşkil etmişdir.
FED.az xəbər verir ki, eyni dövrlə müqayisədə Bankın gəlirləri 20 faizə yaxın artaraq 20,4 milyon səviyyəsində olmuşdur.
Üçüncü rübün sonuna Bank 119,9 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Məcmu kapitalın həcmi 52,4 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 26,2 %, təşkil edir ki, bu da müəyyən edilmiş normadan təqribən üç dəfəyə yaxın çoxdur.
Bank 144 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 55,1 milyon manatı əhalinin əmanətləridir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın müştərilərinin sayı iki dəfədən çox artaraq 42 086 nəfərə çatmışdır.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
"Azər Türk Bank" üçüncü rübü mənfəətlə başa vurub
09:49
31 Okt 2018