Dövlət bankı olan Azər Türk Bankın mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə korporativ müştəriləri təbrik üçün nəzərdə tutulmuş büdcə hesabına, müxtəlif universitetlərin SABAH qrupları və ASAN Xidmət könüllülərinin də daxil olduğu 11 nəfər üçüncü kursda oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş tələbənin bir illik təhsil haqqının ödənilməsi barədə qərar verilib.
Xatırladaq ki, bu ilin Novruz bayramında Azər Türk Bank 10 tələbənin bir illik təhsil haqqını ödəmişdi.
Qeyd edək ki, “SABAH” Karyera Akademiyası ilk “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən on bir ali təhsil müəsisəsində yaradılıb.
Layihə “SABAH” Karyera Akademiyasının rəsmi tərəfdaşı olan dövlət bankı “Azər Türk Bank”ın təşəbbüsü ilə həyata keçirilir.
Azər Türk Bank hər zaman olduğu kimi bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, sosial yönümlü layihələrin gerçəkləşdirilməsində yenə də fəal iştirak edəcək.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azər Türk Bank tələbələrin bir illik təhsil haqqını ödəyəcək
12:55
25 Dek 2017