“Azər-Türk Bank” ötən il gəlirlərini artıran banklar sırasındadır.
FED.az biznes və maliyyə xəbərləri portalı bu dəfə “Azər-Türk Bank”ın gəlir mənbələrini araşdırıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
2025-ci ildə “Azər-Türk Bank” ümumilikdə 165 milyon 89 min manat gəlir əldə edib. Bankın gəlir strukturuna nəzər saldıqda, gəlirlərin əsas hissəsinin kreditlər və depozitlər üzrə faizlərdən formalaşdığı diqqət çəkir.
Ən böyük mənbə kredit portfeli üzrə faiz gəlirləri olub - bu istiqamətdən 81 milyon 543 min manat gəlir əldə olunub ki, bu da ümumi gəlirlərin 49%-ni təşkil edib və son bir ildə 14,3% artım göstərib.
Bununla yanaşı, digər banklara yerləşdirilən depozitlərdən əldə edilən gəlirlər də mühüm paya malikdir. Bu istiqamətdən 31 milyon 9 min manat qazanc əldə olunub və bu, ümumi gəlirlərin 19%-lik hissəsinə bərabərdir. Bu sahədən gəlirlər 2024-cü illə müqayisədə 17,1% artıb.
Bank qiymətli kağızlara investisiyalardan 12 milyon 652 min manat qazanıb ki, bu da ümumi gəlirlərin 8%-ni təşkil edir. Son bir ildə bu gəlirlər də 60,8% çoxalıb.
Eyni zamanda, valyuta əməliyyatlarından əldə olunan gəlirlər 13 milyon 198 min manat olub və ümumi gəlirlərin 8%-lik payını təşkil edib. Valyuta əməliyyatlarından gəlirlər 2024-cü illə müqayisədə 17,1% çox olub.
Digər qeyri-faiz gəlirləri bankın gəlirlərində xüsusi yer tutub. Bu mənbə üzrə bank 24 milyon 7 min manat gəlir əldə qazanıb və bu, ümumi gəlirlərin 14%-lik hissəsini əhatə edib. Bu sadəhədən də daxilolmalar 8,8%-lik artım nümayiş etdirib.
Daha kiçik paya malik gəlirlər arasında digər banklara kreditlərdən gəlirlər 719 min manat, komissiya haqları 1 milyon 124 min manat, digər faiz gəlirləri isə 837 min manat olub. Bu üç istiqamət birlikdə ümumi gəlirlərin təxminən 2%-lik hissəsini formalaşdırıb. Digər banklara kredilərdən gəlirlər 0,6% artıb, komissiya haqlarından gəlirlər 73% azalıb, digər faiz gəlirləri isə dəyişməyib.
2024-2025-ci illər ərzində “Azər-Türk Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
71 314 |
49% |
81 543 |
49% |
14,30% |
|
QK-a investisiyadan gəlir |
7 866 |
5% |
12 652 |
8% |
60,80% |
|
Digər banklara kreditlərdən gəlirlər |
715 |
0% |
719 |
0% |
0,60% |
|
Digər banklara depozitlərdən gəlirlər |
26 489 |
18% |
31 009 |
19% |
17,10% |
|
Komissiya haqları |
1 213 |
1% |
1 124 |
1% |
-73,00% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
15 967 |
11% |
13 198 |
8% |
17% |
|
Digər faiz gəlirləri |
837 |
1% |
837 |
1% |
0,00% |
|
Digər qeyri-faiz gəlirləri |
22 064 |
15% |
24 007 |
14% |
8,80% |
|
|
|||||
|
Cəmi gəlirlər |
146 465 |
100% |
165 089 |
100% |
12,70% |














