«Azər Türk Bank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın dövlət banklarından olan “Azər Türk Bank”ın gəlir mənbələrini təqdim edir.
«Azər-Türk Bank»da əmanət faizləri yüksəldi – RƏQƏMLƏR, MÜQAYİSƏ
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə, “Azər Türk Bank”nın ümumi gəlirləri 67 milyon 661 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 11-ci yerdədir. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 30 milyon 954 min manatı və ya 46%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 918 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 1%-i deməkdir. Daha 10 milyon 732 min manat isə “Azər Türk Bank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 16%-i. Qiymətli kağızlar bazarına yatırımlar isə “Azər Türk Bank”a 3 milyon 298 min manat gəlir təmin edib – ümumi gəlirlərin 5%-i. Bunlardan əlavə “Azər Türk Bank” başqa banklarda depozitlər və kreditlər də yerləşdirir və bunun nəticəsində üçüncü rüb ərzində 10 milyon 893 min manat gəlir əldə edib- ümumi gəlirlərin 16%-i . Bank digər faiz və digər qeyri-faiz gəlirlərindən toplamda 10 milyon 866 min manat gəlir əldə edib başqa sözlə desək ümumi gəlirin 16%-i.
Ümumiyyətlə, “Azər Türk Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 54%, qeyri-faiz gəlirləri 46% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
30 954 |
46% |
QK-a investisiyadan gəlir |
3 298 |
5% |
Digər banklara depozitlərdən gəlirlər |
10 641 |
15% |
Digər banklara kreditlərdən gəlirlər |
252 |
1% |
Komissiya haqları |
918 |
1% |
Valyuta əməliyyatlarından gəlirlər |
10 732 |
16% |
Digər faiz gəlirləri |
447 |
1% |
Digər qeyri-faiz gəlirləri |
10 419 |
15% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
67 661 |
100% |