3 dekabr 2018-ci il saat 11.00-da “Azər-Türk Bank” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmayıb.
"Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilmişdir. Gündəlik üzrə materialları “Azər-Türk Bank” ASC-dən əldə etmək olar",- Bankın elanında bildirilir.
Qeyd edək ki, "Azər-Türk Bank”ın 5 səhmdarı var: Əmlak Məsələləri Dövlət Komitəsi, "Ziraat Bankası", "Azre", "Qala Həyat" və "Ziraat Bank İnternational" .