Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri üçün 28 may - 28 iyun tarixləri ərzində göstərilən xidmət və məhsullar üzrə növbəti kampaniyaya başlamışdır.
Bankın mövcud müştəriləri üçün əlavə cari hesabın açılması, çek kitabçası, hesab üzrə arayışın və ya təkrar çıxarışların verilməsi və tarif üzrə 30 manat qiymətində olan MasterCard Business ödəniş kartının sifarişi kampaniya ərzində pulsuz olacaq, bu tarixlərdə POS-terminallar üzrə minimal aylıq ödəniş edilməyəcəkdir.
Kampaniya müddətində Azər Türk Bankla yeni əməkdaşlığa başlayan korporativ müştərilər 2018-ci il dekabr ayının 31-dək nağd vəsaitləri 0,5 faiz deyil, 0,3 faiz komissiya ilə almaq imkanına malik olacaq, eləcə də, nağdsız mübadilə əməliyyatlarını 0,5 faiz əvəzinə, 0,4 faiz komissiya ilə yerinə yetirə biləcəklər.
Bu müştərilər həmçinin cari ilin sonunadək ölkədaxili (min.1, max. 100 manat həcmində) köçürmələri 0,1%, ölkədən kənara (min. 30, max. 400 USD,EUR, GBP) köçürmələri 0,3% komissiya ilə həyata keçirəcəklər.
Yeni müştərilər üçün cari hesabların açılması, çek kitabçalarının verilməsi də kampaniya müddətində ödənişsiz olacaqdır.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.