Dövlət bankı Azər Türk Bankın nümayəndələri cari ilin yanvar ayında Avstriyanın Vyana şəhərində keçirilən The Central and Eastern European Forum (Euromoney) tədbirinə qatılmışlar.
FED.az xəbər verir ki, hər ilin ilk ayında Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumət başçıları, mərkəzi bankların rəhbərləri, aparıcı dünya iqtisadi ekspertləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri maliyyə sektorunun ən aktual problemlərini müzakirə etmək üçün bu konfransa toplaşırlar. Mərkəzi, Şərqi Avropa və MDB ölkələrində iqtisadi inkişaf problemləri müzakirə olunur və qarşıdan gələn ildə əsas iş istiqamətləri müəyyən edilir.
50-dən çox ölkədən 1600 nəfərin toplandığı bu tədbir çərçivəsində Azər Türk Bankın nümayəndələri çoxsaylı işgüzar görüşlər keçirib. Görüşlər zamanı mövcud beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, eləcə də dünyanın aparıcı maliyyə institutları ilə yeni tərəfdaşlıq əlaqələrinin qurulması müzakirə olunub.
Qeyd edək ki, Azər Türk Bank beynəlxalq tədbirlərdə fəal iştirak edərək, ölkənin bank sektorunu dünya platformalarında layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini aktiv inkişaf etdirir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.