Dövlət bankı Azər Türk Bank müştərilərin arzusunu nəzərə alaraq, “Qış Kampaniyası” adlanan endirim kampaniyasının 29 fevral tarixinədək davam etdirilməsi barədə qərar qəbul etmişdir.
Eləcə də bax: "Azər Türk Bank"dan «Faktorinq» - KREDİT XƏTTİ MƏHSULU
Kampaniya müddətində “İstehlak” kreditlərinin illik faiz dərəcəsinə 4%-dək endirim tətbiq edilir. Endirimdən sonra kreditlərin illik faiz dərəcəsi 16%-dən başlamaqla, maksimum müddəti 48 ay müəyyən edilmişdir.
Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 25 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsinədək artırılmasına qərar vermişdir.
Qeyd edək ki, 20 aydan yuxarı müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarır (cashback).
Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.