Müştərilərinə həmişə ən əlverişli şərtlərlə kreditlər təklif edən dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə yeni kampaniyaya start verir.
27 may tarixindən etibarən başlayan kampaniya çərçivəsində “İstehlak” krediti əldə etmək istəyən şəxslər üçün sərfəli təkliflər olunur. Belə ki, 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə 2%-dən 3%-dək endirim tətbiq edilir. Məsələn, kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 17%-lə hesablanacaqdır.
Kreditin müddəti |
Kampaniya üzrə faiz dərəcəsi |
12 ay |
17% |
24 ay |
20% |
36 ay |
23% |
Əlavə olaraq, kredit götürən müştərilərə, kreditin məbləğindən asılı olaraq, bir illik MC Standart və Visa Gold kartları hədiyyə ediləcəkdir.
Kampaniya iyun ayının 30-dək davam edəcək.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.