1. Əməliyyatçı-kassir
(Şirvan filialı)
Namizədə olan tələblər
- Ali iqtisadi təhsil
- Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili arzuolunandır)
- Bank sahəsində minimum 1 illik iş təcrübəsi
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təşəbbüskarlıq, məsuliyyətlilik və diqqətlilik
- MS Office proqramlarından istifadə bacarığı
Vəzifə öhdəlikləri
- Hüquqi və fiziki şəxslərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi
- Kassa işinin təşkilini və kassa əməliyyatlarının aparılması qaydalarını bilmək
- Müştərilərə bankın bütün məhsul və xidmətlərinə dair məlumat vermək
- Bankda mövcud olan pulköçürmə sistemləri üzrə müştərilərə xidmət göstərmək
- Ödəniş tapşırıqları və hesablaşma-kassa əməliyyatlarını həyata keçirmək
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.
2. Kredit şöbəsinin mütəxəssisi
(Şirvan filialı)
Namizədə olan tələblər
- Ali təhsil
- Azərbaycan dilində yüksək ünsiyyətqurma qabiliyyəti
- Komandada işləmək bacarığı
- İstehlak kreditləri sahəsi üzrə iş təcrübəsi
- Peşəkarlıq, məsuliyyətlilik və diqqətlilik
- Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlar üzrə biliklər
- MS Office proqramlarından istifadə bacarığı
Vəzifə öhdəlikləri
- Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq təlimatlar və prosedurlar əsasında kreditlərin verilməsi
- Bankda kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında qaydalara riayət etmək
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq
- Yeni müştərilərin cəlb edilməsi üzrə təşəbbüs göstərmək
- Aylıq hesabatların təhlilinə əsasən monitorinqin nəticələrini şöbə rəisinə təqdim etmək
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.