Müştərilərinin maliyyə ehtiyaclarının qarşılanmasında mütəmadi olaraq köməklik edən Azər Türk Bank müxtəlif növ kreditləri daha münasib şərtlərlə təklif edir.
Bankın mətbuat xidmətindən FED.az-a daxil olan məlumata görə, hazırda Azər Türk Bank “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə ayrılmış adi ipoteka kreditinin illik faiz dərəcəsini endirərək, bütün müştərilər üçün 7% səviyyəsində müəyyənləşdirib. Bundan əlavə, adi ipoteka kreditləri üzrə ilkin ödəniş 25%-dən 20%-ə endirilib.
Kreditin maksimal məbləği 150 min manat, müddəti isə 25 ildir.
İpoteka kreditindən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını dolduraraq Azər Türk Banka müraciət edə bilər.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Azər Türk Bank ipoteka kreditlərini 7%-ə endirdi
12:25
2 Fev 2018