Dövlət bankı olan Azər Türk Bank 2020-ci ilin ilk yarım ilinin nəticələrini açıqlayıb.
Bankdan FED.az-a verilən məlumata görə, 1 iyul 2020-ci il tarixinə bankın aktivləri 337,5 milyon manat səviyyəsində olub.
Bankın kredit portfelinin həcmi 167,1 milyon manat təşkil edib.
Məcmu kapitalın həcmi, tutulmalardan sonra, 50,3 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 27,7% təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə qədər yüksəkdir.
İkinci rübdə Bank 26 min manat həcmində xalis mənfəət əldə edib.
İlk yarım ilin nəticəsi olaraq cəmi bank öhdəliklərinin həcmi 281,7 milyon manat təşkil etmişdir.
Bank 163,3 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 72 milyon manatı əhalinin əmanətləridir.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.