Dövlət bankı olan Azər Türk Bankın 01 yanvar 2018-ci il tarixinə aktivləri 336 milyon 764 min manat səviyyəsində olub.
FED.az xəbər verir ki, Azər Türk Bankın kredit portfelinin həcmi 119 milyon 838 min manat təşkil edib. Ümumi gəlirlər 96 milyon 569 min manat, xərclər isə 95 milyon 425 min manat olub. Bank ötən il 1 milyon 143 min manat həcmində mənfəət əldə edib.
Ötən ilin sonunda Bankın məcmu kapitalının həcmi 53 milyon 186 min manat olub. Qeyd edək ki,məcmu kapitalın adekvatlıq əmsalı 27,7 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə yaxın çoxdur.
Bankın nizamnamə kapitalı 50 milyon manat həcmindədir. Ötən il ərzində Bank 180 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 75,7 milyon manatı əhalinin əmanətləridir.
Hazırda dövriyyədə Banka məxsus 38 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz çoxdur.
Ötən il ərzində bankın müştərilərinin sayı 53 faiz artaraq 24 560 nəfərə çatıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.