Dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə yeni kampaniyaya başlayır.
FED.az xəbər verir ki, 6-31 may tarixləri ərzində bir illik MC Standart kartı almaq üçün Azər Türk Banka müraciət edən istənilən şəxs həmin kartı hədiyyə olaraq əldə edə biləcəkdir.
Bundan əlavə, kampaniya zamanı kredit kartı almaq istəyən müştərilərə, kreditin müddətinə uyğun olaraq, VISA Gold kartı Bank tərəfindən hədiyyə ediləcəkdir.
Qeyd edək ki, Azər Türk Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq plastik kart sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Azər Türk Bank bayram münasibətilə plastik kart hədiyyə edir
09:53
7 May 2019