Dövlət bankı Azər Türk Bank 2020-ci ilin 1-ci rübünü 376 min manat həcmində xalis mənfəət ilə başa vurub.
Eləcə də bax: "Azər Türk Bank" 1-ci rübü - MƏNFƏƏTLƏ BAŞA VURUB
FED.az xəbər verir ki, bankın yaydığı məlumata görə, ümumi gəlirlər 7,6 milyon manat, xərclər 7,2 milyon manat təşkil edib.
01 aprel 2020-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 338,2 milyon manat səviyyəsində olub.
Bankın kredit portfelinin həcmi 161,6 milyon manat təşkil edib ki, bu da ötən ilki göstəriciyə nisbətən 3% çoxdur.
01 aprel 2020-ci il tarixində Bankın məcmu kapitalının həcmi 50,5 milyon manat təşkil edib. Məcmu kapitalın adekvatlığı 36%, leverec əmsalı 14% səviyyəsində olmuşdur ki, bu da müəyyən edilmiş normadan yüksəkdir. Kapitalın gəlirliliyi ( RoE əmsalı) 2% səviyyəsində olub.
Cəmi bank öhdəliklərinin həcmi 282 milyon manat təşkil edib.
Bank 128 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 41,8 milyon manatı əhalinin əmanətləridir.
Bankın müştərilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artaraq 74 467 nəfərə çatıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.