Dövlət bankı Azər Türk Bank müştərilərin istəyini nəzərə alaraq 01 fevral tarixindən istehlak kreditləri üzrə kampaniyanın müddətini uzatdı.
"Azər Türk Bank"dan müştərilər üçün sərfəli - ATB PREMİUM KARTI
Kampaniya ərzində fiziki şəxslərin istənilən müddətə götürdükləri istehlak kreditləri üzrə komissiya 0% olacaqdır. Kreditlərin illik faiz dərəcəsi 12,5%-dən başlayır.
Xatırladırıq ki, 24, 36, 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13%, 14%, 15% səviyyəsində müəyyən edilmişdir.
Bank hər bir şəxsə, orta aylıq xalis gəliri nəzərə alınmaqla, 30 000 manatadək kredit təklif edir. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.
Azər Türk Bankın saytında krediti online sifariş vermək olar.
Kampaniya 28 fevral daxil olmaqla bu tarixədək qüvvədədir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.