Rusiyanın Baş naziri Mixail Mişustin Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.
Eləcə də bax: İqtisadiyyat naziri özünə yeni müşavir təyin etdi – FOTO
FED.az xəbər verir ki, A.Talıbov bundan sonra Rusiya İxrac Mərkəzinin strukturuna daxil olan “Roseksimbank”a rəhbərlik edəcək.
Eləcə də bax: Məktubla bank soymaq istədilər - VİDEO
Hökumət qərarında vəzifədən azad edilmənin A.Talıbovun öz istəyi ilə baş tutduğu qeyd olunub.
A.Talıbov 2017-ci ilin yanvar ayından nazir müavini vəzifəsində çalışırdı. O, bundan əvvəl sədri Elvira Nabiullina olan Rusiya Mərkəzi Bankı Katibliyinin rəhbəri vəzifəsini icra edib. E.Nabiullina İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etməyə başlayandan A.Talıbov onun köməkçisi olub.
A.Talıbov 1979-cu il fevralın 10-da Moskvada anadan olub. 2002-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib. 2002-ci ilin noyabrından 2008-ci ilin iyun ayına qədər İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək İqtisadi İnkişaf nazirinin köməkçisi vəzifəsində işləyib. 2012-ci ilin iyun ayında Rusiya Federasiyası Prezidentinin köməkçisinin aparat rəhbəri vəzifəsinə keçib və 2013-cü ilin iyul ayına qədər bu vəzifədə çalışıb. Ardından “Rusiya Bankı” sədrinin katibliyinin müdiri təyin edilib.
Report