Ləğvetmə prosesində olan “Royalbank” ASC-nin gəlirləri xərclərini ödəmir.
Bu barədə bugünkü mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, bu səbəbdən də Bankın ləğv edilməsi prosesinin uzadılmasına ehtiyac yoxdur: “Ləğvetmə prosesi şəffaf olmalıdır. Əgər gəlirlər xərcləri ödəmirsə, o halda aktivləri və passivləri digər banklara satmalıyıq”.