Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzərində 700 mln. manat borc var.
Bunu Fondun icraçı direktoru Azad Cavadov ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilmiş ilk iclasında deyib.
Onun sözlərinə görə, həmin vəsaiti bağlanmış banklardan almaq çox çətindir: “Hansı banka baxırsan, əmlakı girovluqdadır. Elə bank var ki, kredit portfelinin 80-90%-i problemlidir. Fond “Bank Standard”ın kreditorları qədər pulunu geri almaqda maraqlıdır”.