Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İttifaqı (Aİ) yeni maliyyələşdirmə ilə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda kiçik və orta sahibkarlığa dəstəklərini genişləndirirlər.
AYİB-dən FED.az-a verilən məlumata görə, AYİB onun daha rəqabətli fəaliyyət göstərdiyi bölgələrdə yeni bizneslərə başlamaq üçün yerli maliyyə qurumlarını 250 mln. avrodan çox kredit xətti ilə təmin edəcək. Bu maliyyə dəstəyi kiçik və orta sahibkarlığa Dərin və Hərtərəfli Azad Ticarət Zonasının (DCFTA) açdığı imkanlardan faydalanmağa kömək edəcək.
Eləcə də bax: Azərbaycan AYİB-in ən çox pul ayırdığı - 10 ÖLKƏDƏN BİRİ OLDU
Bununla yanaşı, Aİ bu investisiyalara dəstək olmaq məqsədilə texniki yardım vasitəsi ilə 67,6 mln. avro dəyərində qrantlar ayıracaq və bu, yüksək bazar potensialı olan yaşıl texnologiyalar haqqında məlumatlılığı artıracaq və borcalanlara sözügedən texnologiyaları investisiya təşviqi təmin edərək qəbul etdirəcək.