“AFB Bank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Aydın Hüseynov vəzifəsindən ayrılıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, son bir neçə ayda yeni sədr [Orxan Xubanlı] vəzifəyə təyin edilənə qədər, A.Hüseynov İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.
Eləcə də bax: “Kapital Bank”a 9 aydı gəlmişdi, yenidən - “MUĞANBANK”A QAYIDIR
Aydın Hüseynov, 2007-2009 -cu illərdə Yapı Kredi Bank-da Kreditlərin Təhlili və Fondların İdarə Edilməsi Departamentlərində Mütəxəssis kimi çalışmışdır. Paralel olaraq Yapı Kredi İnvest-də Qiymətli Kağızlar üzrə Broker və Diler kimi işləmişdir. 2009-2012-ci illərdə "TuranBank"da Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır. 2014-2017-ci illərdə "Rabitəbank"da İdarə Heyəti Sədrinin Müavini, 2017-ci ilin mart ayından etibarən isə "AFB Bank"da İdarə Heyəti Sədrinin 1-ci Müavini və İdarə Heyətinin Sədri vəzifəsini icra edib.
Eləcə də bax: Təyinat. “Azsığorta”dan Dövlət Vergi Xidmətinə - TRANSFER OLUB
Aydın Hüseynov, 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002- ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.
Doktor elmi dərəcəsinə və Dosent elmi ünvanına sahibdir.