"VTB Bank" Azərbaycanın İdarə Heyətinin Sədri Yevgeni Kirin Azərbaycanda avtomobil kreditlərinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını təklif edir.
FED.az xəbər verir ki, onun sözlərinə görə, hazırda avtomobil kreditləri ilə bağlı iki məhdudiyyət var. Bunlardan biri , ümumi məhdudiyyətdir hansı ki, vətəndaşlar gəlirlərinin 50% dən artığını kreditə verməməlidirlər. Avtomobillərlə bağlı ikinci belə bir məhdudiyyət var. Bu məhdudiyyət avtomobillər üçün qoyulan kredit qaydalarına görə, yeni alınan avtomobillər üçün ilkin ödəniş kimi ən azı 50% , işlənmiş avtomobillərdə isə 80% olmalıdır. Bu isə o demədkir ki, avtomopbil krediti yoxdur. Çünki ilkin ödəniş kimi 50-80% ödəniş etmək o deməkdir ki, kreditə heç ehtiyac qalmır.
Ona görə təkli edərdim ki, bu kreditlərin şərtlərinə yenidən baxılsın. Başa düşürük ki, riskləri azaltmaq üçün müəyyən çərçivələr olmalıdır. Bu vacibdir və düzgün qəraradır. Amma burada iki məhdudiyyət üst-üstə düşüb və bunlar avtomobil kreditləri sektorunun inkişafına mane olur. Yeri gəlmişkən bu o demək deyilki avtomobillərə kredit verilmir , kredit verilir amma lizinq şirkətləri vasitəsilə verilir. Onlarda lizinq şərtləri olduqlarına görə, bu qadağalardan yan keçə bilirlər. Baxmayaraq ki, lizinq şirkətləri də maliyyələşməni məhz banklardan götürürlər. Nəticədə dolayısı ilə banklar avtomobil kreditləri ayırırlar amma bu lziin şirkətlərinin vasitəçiliyi ilə baş verir.
Avtomobil kreditlərinin şərtləri yumşaldılmalıdır – BANK RƏHBƏRİ
15:17
19 İyul 2019