Almaniyanın bir nömrəli bankçılıq nəhəngi Deutsche Bankın səhmləri qiymətini itirir.Bank 2018-ci ilin əvvəlindən etibarən 10 ay ərzində birjada dəyərini təxminən 48% itirib. Hesablamalardan məlum olub ki, bank səhmləri 2008-ci ildən 2018-ci ilə qədərki müddətdə 90% dəyər itirib.Bankın Türkiyədəki keçmiş CEO-su Kaan Sarıaydın deyib “Deutsche Bankın səhmlərinin qiymətini itirərək sürətlə əriməsi Almaniya,Avropa və bütün dünya üçün böyük riski vəziyyəti formalaşdırır”
Almaniyanın maliyyə analizi idarəsi BaFin Deutsche Bankdan Danimarkadakı mərkəzi şöbəsi Danske Bankın Estoniya vasitəsi ilə həyata keçirilən 230 milyard dollar çirkli pulun yuyulması ilə bağlı əməliyyatlarda necə rol oynamağı ilə bağlı sənədləri istəyib. Bloomberg-in araşdırmasına görə BaFin verilən sənədləri araşdırdıqdan sonra bank barəsində cinayət işi açıb-açmamaq barədə qərar verəcək. (Fins)