Avropa Mərkəzi Bankı üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şəkilləri olan avro xatirə pul nişanı buraxması ilə bağlı məlumatı təkzib edib.
FED.az xəbər verir ki, məsələ ilə bağlı sorğunu cavblandıran Avropa Mərkəzi Bankı bu suvenir banknotların Avropa Mərkəzi Bankı tərəfindən nə dizayn, nə də ki, çap olunduğu bildirilib.
Qeyd edək ki, bir qədər sonra Azərbaycan Mərkəzi Bankının üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şəkilləri olan avro xatirə pul nişanı buraxması ilə bağlı mövqeyi açıqlanacağı bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şəkilləri olan avro xatirə pul nişanı buraxılıb deyə məlumat yayılmışdı.
Məlumatda qeyd olunurdu ki, Layihənin gerçəkləşməsi üçün türkiyəli kolleksiyonçu Özgür Honça, Serhat Cemil Küçük və bir çoxlarının əməyi olub. Sözügedən pul nişanı dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əsginazdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.
Layihənin gerçəkləşməsi üçün türkiyəli kolleksiyonçu Özgür Honça, Serhat Cemil Küçük və bir çoxlarının əməyi olub. Sözügedən pul nişanı dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əsginazdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.
Avropa Mərkəzi Bankı üzərində M.Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şəkilləri olan avro xatirə pul nişanlar buraxması ilə bağlı - TƏKZİB VERDİ
12:42
14 İyun 2019