Avropanın 20 bankı, ECB-nin (Avropa Mərkəzi Bankı) təklifi ilə bütün nağdsız ödəmələrdə istifadə ediləcək bir ödəniş sistemi üzərinə çalışır.
FED.az xəbər verir ki, texnologiya şirkətlərinə meydan oxumaqla bərabər, Visa və Mastercard-ın bazardakı hakimiyyətinə də son qoymağı hədəfləyən sistemin adı isə PEPSI (The Pan European Payment System Initiative) olacaq.
Eləcə də bax: Avropa bankları “Visa” və “MasterCard”dan - İMTİNA EDİR
Söz mövzusu 20 bank arasında Almaniyadan "Deutsche Bank" ilə bərabər bir neçə Fransa bankının olduğu bildirilir. Avropa Birliyi ölkələrində cəmi 6 min bank var.
Son illər maliyyə texnologiyaları inkişaf etdikcə bir çox ölkə Mastercard və Visa-ya qarşı öz ödəmə sxemini alternativ olaraq yaradırlar.
Marja