Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankında dövlət payının bir hissəsini almaq üçün ölkə hökuməti ilə danışıqları davam etdirir.
FED.az xəbər verir ki, Bu barədə AYİB-in baş ofisindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Beynəlxalq Bankın özəlləşdirilməsi prosesində AYİB-in iştirakı hökumətlə danışıqların mövzusudur:
“Qeyd etmək lazımdır ki, bu kifayət qədər iddialı layihədir və nəzərdən keçirilməsi, təsdiqlənməsi və reallaşdırılması müəyyən vaxt tələb edir”.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 2015-ci ilin iyul ayından sağlamlaşdırma mərhələsindədir.
Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edir.