Avro Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 17 ölkəvar: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi.
1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövrəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi.
FED.az xəbər verir ki, Azərbaycanda da, bu valyutaya olan marağı nəzərə alaraq Banco.az sərfəli şərtlərlə avro əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb, sizə təqdim edir. Qeyd edək ki, cədvəldə bankların 1 il müddətinə avro ilə yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda verdikləri faiz dərəcələrini görə bilərsiniz.
|