Avro daha da ucuzlaşdı - RƏSMİ MƏZƏNNƏLƏR 09:25 30 Avq 2019 2019-cu ilin Avqust ayının 30-na Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Avqustun 29-u ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, Avro/manat məzənnəsi 1.8777 manata düşüb, Rubl/manat məzənnəsi isə 0,0255 manatda qalıb. 1 Türk lirəsi isə 0,2911 manata geriləyib. Bu barədə FED.az-a Mərkəzi Bankdan bildirilib. Avqustun 29-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8839 manata, 1 Rubl 0,0255 manata, 1 Türk lirəsi isə 0,2918 manata bərabər idi.