Bu ilin avqustunda Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayında artım qeydə alınıb. Bankomatların sayı 2588-ə çatıb, onların 1384-ü Bakıda, 1204-ü isə regionlarda quraşdırılıb.
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, avqustda ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 64 min 133 ədəd təşkil edib. İyulda isə bu göstərici 63 min 782 ədəd olub. Artım daha çox paytaxtdakı obyektlərdə quraşdırılan POS-terminalların hesabına baş verib.
Eləcə də bax: Bankomatlardan nağd pulun çıxarılması kəskin artıb - 80 FAİZİNİ TƏŞKİL EDİR
Əgər iyulda Bakıda istifadə edilən qurğuların sayı 38 min 139 ədəd olubsa, avqustda bu rəqəm 38 min 447 ədədə çatıb.
Regionlarda quraşdırılan POS-terminallar isə iyula nisbətən 43 ədəd artaraq 25 min 686 ədəd təşkil edib. POS-terminalların böyük əksəriyyəti pərakəndə ticarət sektorunda istifadədə olub.
Azərtac