Xəbər verdiyimiz kimi, "Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir.
FED.az xəbər verir ki, M.Əliyev sabahdan əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-də maliyyə direktoru kimi davam etdirəcək. Xatırladaq ki, o, 2012-ci ildən sığorta şirkətinə rəhbərlik edir.
Eləcədə bax : “Atasığorta”nın sədri işdən çıxıb - YENİ TƏYİNAT VAR
"Atasığorta"nın yeni rəhbəri də sabah məlum olacaq. Bununla bağlı şirkətin səhmdarlarının növbədənkənar yığıncağının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
"Atasığorta" ötən ili 7 milyon manatdan artıq zərərlə başa vurub. Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası ona verilmiş lisenziyanın qüvvəsini müvəqqəti məhdudlaşdırmışdı.
2019-cu ilin 1-ci rübündə "AtaSığorta" ASC tərəfindən 5 milyon 374.5 min manat sığorta haqları toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9% çoxdur.