VTB Qrup Bank VTB-nin (Azərbaycan) səhmlərinin 99,99 faizinin alışı üzrə sövdələşməni yekunlaşdırıb.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, VTB Qrupa daxil olan "Bank VTB 24" "AtaHoldinq"in səhmlərinin 48,99 faizini alıb.
Belə olan halda, Bank VTB-nin (Azərbaycan) səhmləri Bank VTB (51 faiz) və "Bank VTB 24" (48,99 faiz) arasında bölüşdürülüb.
Bundan əvvəl VTB Qrupun baş ofisindən Trend-ə bildirmişdilər ki, səhmdarların tərkibində dəyişiklik Bank VTB-nin (Azərbaycan) fəaliyyətinə təsir etməyəcək.