“AtaBank” 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 40 mln 358 min manat, faiz xərcləri 25 mln 45 min manat olub. Sonda hesabat dövründə xalis faiz gəlirləri 15 mln 313 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 5 mln 192 min manat, qeyri-faiz xərcləri isə 26 mln 288 min manat olub. Bunlar nəzərə alınanda hesabat dövrü üçün əməliyat zərəri 5 mln 783 min manat olub.
Hesabat dövründə əməliyyat zərərin səbəbi faiz gəlirlərinin ötən ilə nisbətən 14,61% az olması, eyni zamanda faiz xərclərinin 25,28% artması olub.
Yekunda bank 2018-ci ili aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılan 6 mln 707 min manat sayəsində 924 min manat mənfəət əldə edib. Bu mənfəətdən də 857 min manat vergiyə ödənildikdən sonra xalis mənfəət 66 min 550 manat olub.
FED.az bankın “Balans” hesabatına istinadən bildirir ki, 2018-in sonuna bankın cəmi aktivləri 581 mln 110 min manat, cəmi kapital 142 mln 530 min manat olub.
Kredit portfeli 428 mln 566 min manat olub.
“AtaBank”ın vəziyyəti məlum oldu – HESABAT
18:12
29 Yan 2019