«Atabank» ASC 2018-ci ilin 3-cü rübünün yekunu ilə bağlı heabatını açıqlayıb.
ELƏCƏ DƏ BAX: “Muğanbank” nəticələri açıqladı – HESABAT
FED.az bankın mənfəət-zərər hesabatına istinadən xəbər verir ki, 3-cü rübün nəticələrinə görə, bankın faiz gəlirləri 31 milyon 274,2 min manat, faiz xərcləri 19 milyon 120,7 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 12 milyon 153,5 min manat olub.
Bu müddətdə bankın qeyri-faiz gəlirləri 4 milyon 59,1 min manat, qeyri-faiz xərcləri isə 17 758 min,2 min manat təşkil edib.
Yeri gəlmişkən, «Atabank» bu dövrdə işçilərinə 5 milyon 728 min mana əmək haqqı və mükafatlar ödəyib.
Nəticədə bankın əməliyyat zərəri 1 milyon 545,6 min manat olub. Amma bu dövrdə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 1 milyon 682,5 min manat azaldılıb. Nəticədə bank dövrü 85 min manat xalis mənfəətlə başa vurub.
Bu dövrdə bankın cəmi aktivləri 589 milyon 146,7 min manat, öhdəlikləri 444 milyon 694 min manat olub.
Bankın cəmi kapitalı 144 milyon 452,7 min manat təşkil edib.
Müştərilərə verilən kreditlər 453 milyon 389,9 min manat olub, bundan 46 milyon 329 min manatı kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat kimi ayrılıb.
Bankın depozit portfeli 305 milyon 289,6 min manat təşkil edir.
ELƏCƏ DƏ BAX: Bankların 3-cü rüb yekunu - MƏNFƏƏT-ZƏRƏR - SİYAHI, YENİLƏNİR