31 iyul 2017-ci il tarixində “AtaBank” ASC-nin səhmdarlarının ümumi illik yığıncağı keçiriləcək. Bu barədə bankdan məlumat verilib.
“İclasın gündəliynə 2016-cı ildə bankın fəaliyyətinin yekunlarına dair Müşahidə Şurası və İdarə Heyətinin hesabatı və ötən il ərzində maliyyə hesabatının təsdiqi daxildir”, - deyə bankdan qeyd ediblər.
Bundan başqa, 2016-cı ilin yekunları üzrə əldə olunan xalis mənfəətin bölüşdürülməsi məsələsinə baxılacaq.
Xəbər verildiyi kimi, ötən ilin yekunları üzrə “AtaBank”ın xalis mənfəəti 340,38 min manat təşkil edib.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və Azərbaycanın aparıcı 10 bankına daxildir.
İnterfax©