"Atabank" ASC-nin səhmdarlarının pay bölgüsü yenilənib. FED.az xəbər verir ki, bankın "Ata Holdinq" MMC bankdakı 76.0% səhm payını itirib. Hazırda ən böyük səhm paketi "Synergy Group" MMC-ə məxsusdur: 86%. Şirkətlər qrupu "Ata Holdinq"in 76%-lik payı ilə yanaşı, digər səhmdarları - Əşrəf Kamilovun ("Synergy Group"un 99%-lik səhmdarı, "Ata Holdinq"İn Müşahidə Şurası sədrinin I müavini) payının 6,6%lik hissəsini, Mahir Rəfiyevin payının isə 3,4%-lik hissəsini əldə edib.Nəticədə hazırda səhm bölgüsü aşağıdakı kimidir:
Bankın səhmdarları |
2016-cı il, % |
2017-ci il, % |
“Synergy Gruop” MMC |
- |
86,0 |
Ataholding |
76.0 |
- |
Əşrəf Kamilov |
15.9 |
9,3 |
Mahir Rəfiyev |
8,1 |
4,7 |
Eləcə də bax: Banklar kreditə vermədikləri vəsaitləri hara yönəldirlər? - ARAŞDIRMA
Eyni zamanda vaxtilə "Caspian Development Bank"da cüzi pay sahibi olan Həsən Cəfərov və İbrahim Alışov (Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) "Atabank"ın səhmdarları arasında yoxdur. Başqa sözlə, adı çəkilən şəxslər konsolidasiya prosesi çərçivəsində paylarını satıblar.