Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı və 2-3 (103)-130/2020 saylı qərarları ilə “Atabank” ASC və "Amrahbank" ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilib.
Eləcə də bax: ""AGBank" və "Atabank"da sahibkarların 18 milyon manat pulu qalıb"
Fonddan FED.az-a verilən məlumata görə, “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvanlara müraciət etsinlər:
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.
Əlavə məlumat ücün əlaqə nömrələri: (+99412) 497-87-00;
Qaynar xətt – 136.
Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.
Əlavə məlumat ücün əlaqə nömrəsi: (+99412) 480-28-39.
QEYD: Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilmişdir. Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.