"Atabank" ASC-nin məcmu kapitalının həcmi 144,7 mln. manatdır ki, bu göstərici üzrə o, Azərbaycanda 4-cü bankdır.
Bunu "Unionpay International Co." şirkəti ilə əməkdşalığa dair müqavilənin imzalanması mərasimində çıxış edən "Atabank" ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev deyib.
D.Quliyevin sözlərinə görə, Bankın aktivləri 34% artıb: "Bankımızın aktivləri 34% artaraq 60 mln. manat təşkil edib. Bu da "Atabank"ı ölkədə 9-cu pilləyə yüksəldib".