Oktyabrın 5-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.
Eləcə də bax: "Texnika Bank”ın əmlakı hərraca - ÇIXARILIR
Fonddan FED.az-a bildirilib ki, daşınar əmlaklar, 2 ədəd “Hitachi” markalı kondisioner, 1 ədəd “Panasonic” markalı kondisioner, 1 ədəd “Maktek” markalı kombi, 6 ədəd kombi radiatoru, 9 ədəd kamera IP, 1 ədəd bunker seyf qapı və 1 ədəd bunker dəmir barmaqlıqdır. Daşınar əmlakların ilkin satış qiyməti 3520 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına köçürülməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67.