01 noyabr 2023-cü il tarixində saat 12:00-da Əmanətlərin Sığortalanması Fondunda ləğv prosesində olan “Atabank” ASC-yə məxsus daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı auksion keçiriləcəkdir.
“Atabank”ın daşınmaz əmlakı - HƏRRACA ÇIXARILACAQ
FED.az xəbər verir ki, yerləşdiyi ünvan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 1 saylı qənnadı sexidir.
Təyinatı: Qeyri-yaşayış sahəsi;
İcarə obyektinin texniki vəziyyəti barədə məlumat (daşınmaz əmlak olduqda, ümumi sahəsi daxil olmaqla)
Ümumi sahəsi: 496 kv.m;
İcarəyə verilən sahə: 200 kv.m;
Təmir vəziyyəti: Orta təmirli.