“AtaBank” 2018-ci ilin 2-ci rübünü mənfəətlə başa vurub. FED.az bankın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən məlumat verir ki, bankın faiz gəlirləri 21 mln 8 min manat, faiz xərcləri 12 mln 909 min manat olub.Beləliklə, xalis faiz gəlirləri 8 mln 99 min manat təşkil edib.
Qeyri faiz gəlirləri 2 mln 644 min manat, qeyri-faiz xərcləri 12 mln 199 min manat olub. Sonda bankın əməliyyat zərəri 1 mln 456 min manata çatıb.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə xüsusi ehtiyatlardan götürülən vəsaitlər isə 1 mln 578 min manat olub.
Sonda bank yarımili 122 min manat məənfəətlə başa vurub.
“AtaBank”ın bu ilin 2-ci rübü üçün cəmi aktivlər 603 mln 176 min manat olub. Xalis kreditlər 418 mln 150 min manat təşkil edib. Cəmi öhdəliklər 458 mln 512 min manat olub. Bankın cəmi kapital 144 mln 664 min manat olub.
“AtaBank”ın da vəziyyəti məlum oldu - HESABAT
16:55
25 İyul 2018