"AtaBank” ASC, 25 iyun - 10 iyul 2018-ci il tarixlərində Silahlı Qüvvələr günü münasibəti ilə hərbçilərimiz üçün xüsusi kampaniyaya start verir.
FED.az-ın məlumatına görə, kampaniyanın şərtləri isə cox rahatdır. Hərbçi vəsiqəsini təqdim etməklə “AtaBank” ASC-nin VİSA Electron plastik kartlarına 50% endirim əldə etmək olar.
Kampaniyanın əsas məqsədi bayram əhval-ruhiyyəsini qaldırmaq və hərbçilərimizə bu bayram günlərində sevinc hissi bəxş etməkdir.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.