Azərbaycanın ən tanınmış banklarından olan “AtaBank” ASC-də yeni Biznesin İnkişafı Departamenti yaradılıb.
Bankdan FED.az saytına verilən məlumata görə, bank rəhbərliyinin qərarı ilə yeni departamentə marketinq və PR üzrə tanımış mütəxəssis Oruc İbrahimov təyin edilib.
Qeyd edək ki, Oruc İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib.
Onu da qeyd edək ki, O.İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.
“AtaBank”dan Milli Qəhrəmanın oğluna – BÖYÜK ETİMAD
10:46
28 Fev 2019