“AtaBank”ın Müşahidə Şurasının tərkibində dəyişikliklər baş verib.
FED.az Trend-ə istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri vəzifəsinə Fərid Hüseynov təyin olunub. O, bu vəzifədə Əşrəf Kamilovu əvəz edib.
Müşahidə Şurasına Fərid İsayev də daxil olub. Adıgözəl Ağayev Müşahidə Şurasında öz vəzifəsini saxlayıb.
Bundan başqa “AtaBank”ın İdarə Heyətində də dəyişikliklər baş verib. Kamran Orucəliyev İdarə Heyətinin sədr müavini təyin olunub.