AtaBank ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov yeni vəzifəyə təyin olunub.
FED.az xəbər verir ki, O.İbrahimov bundan sonra AtaBank ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edəcək.
Qeyd edək ki, Oruc İbrahimov 2012-ci ilin fevral ayından AtaBank ASC-də bank fəaliyyətə başlayıb. Bu müddət ərzində müxtəlif departamentlərdə müxtəlif vəzifələrdə çalışıb. Son 3 il ərzində Kommunikasiyalar və PR şöbəsinin rəisi vəzifəsini icra edib.
Məlumat üçün bildiriək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.
salamnews