Hazırda AtaBank-ın İdarə Heytinin sədri vəzifəsini Kamran Orucəliyev icra edir.
Eləcə də bax: "AtaBank"ın İdarə Heyəti tam və 3 departament direktoru işdən - AZAD OLUNUB
Bu barədə FED.az-a AtaBank-ın Biznesin inkişafl departamentinin direktoru Oruc İbrahimov bildirib.
AtaBank-ın rəhbərliyinin işdən azad olunduğu rəsmi təsdiq olunub.
Eləcə də bax: Ciddi problemləri olduğu bankın sədrinin vəzifəsindən - AZAD EDİLDİYİ BİLDİRİLİR
Xatırladaq ki, bankın saytında “Rəhbərlik” bölməsindən İdarə Heyətində təmsil olunan bütün şəxslərin adları çıxarılıb.
AtaBank-ın İdarə Heyəti sədri Dəyanət Quliyev, İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı, İdarə Heyəti Sədrinin müavinləri Rauf Hüseynov və Kamran Orucəliyev idi. Həmçinin, Daxili Audit Departamentinin Direktoru Osmanlı Elmir Əjdər oğlunun, Özəl Bankçılıq Departamentinin Direktoru Acalov Fəxri Fuad oğlunun və Komplayens Departamentinin Direktoru Həsənova Durna Sabutay qızının adı yenilənmiş “Rəhbərlik” siyahısında yer almayıb.
Eləcə də bax: Azərbaycanda cəmi kapitalın həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)