“AtaBank” ASC Bakıda keçirilən “Baku Shopping" Ticarət festivalı zamanı əcnəbi qonaqlar və şəhərimizin sakinləri tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üzrə müvəkkil bank seçilib.
Ticarət festivalı zamanı etdiyiniz 100 manatdan artıq alış-verişə “Tax free” sistemi tətbiq olunacaq ki, bu da ƏDV-ni geri almağınıza şərait yaradacaq.
Məsələn, Siz 28 Mall-da alış-veriş etmisiniz və festivalın təqdim etdiyi imkandan yararlanıb ƏDV-ni qaytarmaq istəyirsiniz. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur! Dərhal yolu keçib pulunuzu ala bilərsiniz. Harada? AtaBank-ın Baş ofisində.
· Baş ofis - Bakı şəh., Ş.Bədəlbəyli küç., 102 ; 09:00 – 22:00-dək (fasiləsiz)
Qeyd etmək istərdik ki, şəhərimizin sakinləri və əcnəbi qonaqları “Baku Shopping Festival – Tax Free” nişanı olan bütün mağazalardan alış-veriş edərək əlverişli fürsət qazana biləcəklər.