Kredit almaq çox vaxt aparan məsələdir? Çox sənəd tələb olunur? Komissiya və faizlər yüksəkdir? Bu sualların heç biri ilə AtaBankda qarşılaşmayacaqsınız.
AtaBank müştərilərinə ən az sənəd tələbi ilə və çox əlverişli şərtlərlə Ekspress kreditini təklif edir. Artıq yalnız rəsmi iş yerindən arayış təqdim etməklə qısa müddətdə 5000 manatadək kredit əldə etmək mümkündür. Həmçinin təqaüdçülər də kart hesabından çıxarış təqdim etməklə Ekspress kreditdən yararlana bilər.
Xatırladaq ki, “AtaBank”-ın digər çox sərfəli Klassik, Lombard və Avtomobil kredit məhsulları da mövcuddur. Ən əsası isə “AtaBank”-dan kredit kartı əldə edən müştərilər, dünyanın istənilən yerində bu kartlardan istifadə etmək imkanı əldə edirlər.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Atabank: Kosmosu yenidən kəşf etməyə ehtiyac yoxdur
15:25
12 Aprel 2018