19 dekabr 2018-ci il tarixində “JW Marriott Absheron Baku” otelində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2018” tədbiri keçirilib. Bankların il ərzində fəaliyyətini təhlil edilərək 2018-ci il üzrə bankçılıq mükafatlarının qaliblərini müəyyənləşdirib.
2018-ci il ərzində sosial, təhsil, maliyyə savadlığı sahəsində mühüm addımlar atmış AtaBank aşağıdakı nominasiyalar üzrə qalib seçilmişdir: “Korporativ sosial məsuliyyət”
“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”
İlk nominasiya üzrə qalib gəlməyimizdə “Gələcəyimizi indidən düşünək” layihəmizin böyük rolu var.
Həmçinin, Risk Menecmenti departamentinin direktoru Elman Sadıqovun il boyu ərsəyə gətirdiyi bu sahədə dəyərli araşdırmaları da diqqətə layiq görülmüşdür.
Mükafatlandırma mərasimində 2018-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırıldığı qeyd edilib.
Bank yeni ildə də “Korporativ Sosial Məsuliyyət” proqramı çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirəcək.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.